Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Heydər Əliyev Mərkəzi məktəblilər üçün yeni layihə həyata keçirir

 

Heydər Əliyev Mərkəzi 2013-2014-cü dərs ilində məktəblilər üçün yeni layihə həyata keçirməyə başlamışdır.

Layihənin əsas məqsədi gənc nəslin milli mənəvi dəyərlər və ənənələrlə, tarixi keçmişinə bağlı ruhda böyüməsini, ölkəmiz haqqında bilik və məlumatlarının artırılmasını, çağdaş dünya mədəniyyəti barədə təsəvvürünün formalaşmasını təmin etməkdir.

Layihəyə əsasən, məktəblilərin  Heydər Əliyev Mərkəzinə qrup şəklində  ekskursiyası təşkil olunacaq. Şagirdlər 3 saat ərzində öncə Mərkəzin binası ilə tanış olacaqlar. Sonra Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti  barədə məlumat alacaq,  Mərkəzdəki sərgilərə baxacaq, müxtəlif oyun  və müsabiqələrdə iştirak  edəcəklər.  Ekskursiya zamanı hər yaş qrupu  üzrə fərqli interaktiv təlim  proqramı  təşkil olunacaq. Sonda şagirdlərə ekskursiyadan xatirə kimi hədiyyələr təqdim ediləcək. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov