Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Təhsil Nazirliyi ilə Britaniya Şurası arasında "21-ci əsrin müəllimi" layihəsinin həyata keçirilməsi ilə bağlı rəsmi sənəd imzalanmışdır

 

Sentyabrın 13-də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Britaniya Şurası arasında işgüzar görüş keçirilmişdir.

İkitərəfli görüş zamanı ingilis dilinin tədrisi üzrə "21-ci əsrin müəllimi" layihəsinin həyata keçirilməsi ilə bağlı rəsmi sənəd imzalanmışdır. Sənədi təhsil nazirinin müavini Ceyhun Bayramov və Britaniya Şurasının ölkə üzrə direktoru xanım Elizabet Vayt imzalamışdır.

Layihə çərçivəsində Azərbaycanın ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri tədris prosesində daha yeni metod və vəsaitlərdən istifadə imkanlarını öyrənəcək, eyni zamanda maraqlı dərslərin təşkili üçün lazımi bilik və məlumatlarla təmin olunacaqlar.

Qeyd edək ki, "21-ci əsrin müəllimi" layihəsi çərçivəsində ötən illərdə Bakı şəhərində müvafiq iş həyata keçirilmişdir. Bu il isə ilk dəfə olaraq müəllim-təlimçilər respublikanın digər rayonlarında da olacaqlar.

İngilis dili biliklərinin yüksəldilməsi üçün cari ildə reallaşdırılacaq layihə əvvəlki illərdə həyata keçirilmiş layihələrdən miqyası və yayılma arealı ilə kəskin fərqlənəcəkdir. Belə ki, sentyabr ayında start veriləcək layihəyə 15 rayondan 50 pilot məktəb cəlb olunacaqdır. Təlimlər Qəbələ, Şəki, Quba, Şamaxı, Gəncə, Mingəçevir, İsmayıllı, Xaçmaz, Zaqatala, Yevlax, Göyçay, Şirvan, Lənkəran, Salyan və Qusarla yanaşı, Bakı və Sumqayıtda da keçiriləcəkdir. Ümumilikdə, 520 müəllim bu təlimlərdə iştirak edəcəkdir. Layihənin yekununda ingilis dili müəllimlərinin müasir təlim metodları sahəsində professional bilik və bacarıqlarının inkişaf edəcəyi və ingilis dilinin təlim keyfiyyətinin daha da yüksələcəyi gözlənilir. Layihədə Britaniya Şurasının 24 nəfər müəllim-təlimçisi iştirak edəcəkdir.

Təlim kurslarının sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Britaniya Şurası bu istiqamətdə analoji layihələrini bundan sonra da daha geniş miqyasda davam etdirəcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov