*
Hazırda biz neft gəlirlərini insan kapitalına
çeviririk və əsas gələcək məqsədlərimizdən biri
təhsildir. Təhsil istənilən ölkənin hər hansı
uğurlu inkişafının ən vacib amilidir. Təhsil
sahəsinə sərmayələr, universitetlərimiz ilə
dünyanın aparıcı universitetləri arasında
əlaqələr iqtisadi gələcəyimizi çox ciddi
intellektual potensiala əsaslanaraq
planlaşdırmağa imkan yaradır.
* İndi, demək olar ki, Azərbaycanın hər bir
bölgəsində məktəblər tikilir və bu proses
sürətlə davam edir. Əminəm ki, bu istiqamətdə
atılacaq bütün addımlar bir məqsədə xidmət
edəcəkdir: Azərbaycan dövləti daha da
güclənməli, öz potensialını bütün sahələrdə,
iqtisadiyyatda, siyasətdə, elmdə, mədəniyyətdə,
təhsildə daha da inkişaf etdirməlidir.
İlham ƏLİYEV |