Azərbaycanda ümumi təhsil konsepsiyasının (Milli
Kurikulum) tətbiq edilməsindən artıq beş il ötür. Cari
ildə 6-cı siniflərdə yeni fənn proqramlarının tətbiqi
davam etdiriləcəkdir.
Rayon təhsil şöbəsindən AzərTAc-a bildirmişlər ki, bu
məqsədlə V və VI siniflərdə dərs deyəcək müəllimlər və
indiyədək bu kurslardan keçməyən ibtidai sinif
müəllimləri də təlim kurslarına cəlb olunmuşlar. |