Türkmənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutu
tərəfindən təşkil olunmuş beynəlxalq konfransda gənc
alimlərimiz də iştirak etmişdir. Konfransa 42 dövlətdən
400-ə yaxın gənc alim qatılmışdır. Bildirilmişdir ki,
beynəlxalq tədbirin keçirilməsinin məqsədi gənc
alimlərin şəbəkəsini yaratmaq və onları öz tədqiqatları,
innovativ nəticələri paylaşmağa həvəsləndirməkdir.
Tədbirdə dəqiq elmlərə aid bölmədə gənc alimlərin
məruzələri maraqla dinlənilmişdir.
Sifai SƏFƏROVA |