1968-ci
ildə Bakıda anadan olmuşam. 1986-cı ildə 44 nömrəli tam
orta məktəbi bitirmişəm. 1990-cı ildə Azərbaycan Dövlət
Pedaqoji Universitetinə qəbul olunmuşam. Pedaqoji
fəaliyyətimə də elə həmin tarixdən başlamışam. Axşam
şöbəsində təhsil aldığımdan oxuya-oxuya universitetin
kitabxanasında işləmişəm. 1993-cü ildən isə müəllimlik
fəaliyyətinə keçmişəm.11 il Bakıətrafı qəsəbələrin
birində ibtidai sinif müəllimi işləmişəm. 2004-cü ildən
287 nömrəli "Zəkalar" liseyində çalışıram. Ötən dərs
ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibiyəm. Bu qələbə nəinki ötən ildə, bütövlükdə 20
illik pedaqoji fəaliyyətim dövründə əldə etdiyim ən
böyük uğurdur.
Müsabiqədə qailb gəldiyimi biləndə çox sevindim.
Müsabiqə biz müəllimləri daha keyfiyyətli işləməyə
sövq edən güclü stimuldur. O həm də dövlətimizin biz
müəllimlərə göstərdiyi qayğının ən parlaq
təzahürlərindən biridir, işimizə verilən böyük
qiymətdir. Buna görə mən dövlətimizin başçısı cənab
İlham Əliyevə minnətdarlığımı bildirirəm.
Altı il öncə - 2007-ci ildə indi artıq pedaqoji
ictimaiyyət arasında kifayət qədər populyarlıq qazanmış
və təhsilə, müəllimə dövlətimizin göstərdiyi diqqət və
qayğının bariz nümunəsi kimi dəyərləndirilən "Ən
yaxşı müəllim" müsabiqəsi başlayanda mən 287 nömrəli
"Zəkalar" liseyində cəmi 3 il idi işləyirdim.
Liseyimizdə məndən çox-çox əvvəl işləyən təcrübəli və
hazırlıqlı müəllimlər var idi və onlardan elə həmin il
müsabiqəyə qatılanlar oldu. Paytaxtımızın ən yaxşı
məktəblərindən olan liseyimiz də "Ən yaxşı müəllim"
müsabiqəsi ilə paralel keçirilən "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinə qoşuldu və ilk qailblərdən oldu.
Onda müsabiqədə iştirak etmək ağlıma belə gəlmirdi.
Çünki təzə idim, məktəbdə kifayət qədər tanınmırdım.
Özümə qarşı çox tələbkar olduğumdan özümü müsabiqəyə
hazır hesab etmirdim. Bir də, nə gizlədim, qalib
gəlmədiyim təqdirdə pərt olacağımdan qorxurdum.
Bütün bu illər ərzində həm müsabiqənin gedişini izlədim,
onun şərtləri, qaydaları ilə daha yaxından tanış oldum,
həm də öz üzərimdə çalışdım. Müasir, interaktiv təlim
metodları, İKT ilə işləməyi öyrəndim. Bu məqsədlə
təşkil olunan təlimlərdə, kurikulum kurslarında
iştirak edib müsabiqədə mənə bal qazandıracaq
sertifikatlara yiyələndim. Təlimdə innovativ
yanaşmalarla bağlı araşdırmalar apardım.
Araşdırmalarımın nəticələri ilə bağlı, iş təcrübəmdən
bəhs edən məqalələrlə pedaqoji mətbuatda, o cümlədən
"Azərbaycan məktəbi", "Kurikulum", "İbtidai təhsil və
məktəbəqədər tərbiyə","Media və təhsil innovasiyaları"
jurnallarında məqalələrlə çıxış etdim. Silsilə "açıq
dərs"lər verdim. Təbii ki, bütün bunlar öz müsbət
təsirini göstərdi. Ötən il sənədlərimi müsabiqəyə
təqdim edib elə ilk mərhələdə yüksək bal (1,8 bal)
topladım. Müsabiqənin ikinci mərhələsində Bakıdakı 8
nömrəli tam orta məktəbdə apardığım "açıq dərs"im də
mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi . Dərsə
görə də yüksək, yəni 9,8 bai (ən yüksək bal 10-dur)
topladım. Sonuncu mərhələ olan təqdimatdan isə 9 bal
yığaraq bütövlükdə 21 bal, yəni keçid balından
çox-çox artıq nəticə göstərdim.
Müsabiqədə qalib gəlməyim məni xeyli ruhlandırıb, özümə
inamımı artırıb. Yeni dərs ilində daha səylə çalışmağı,
təhsil və tədrisdəki yenilikləri dərindən öyrənib işimdə
tətbiq etməyi, elmi-metodik tədbirlərdə, fəal təlimə
dair kurs və təlimlərdə yaxından iştirak etməyi qərara
almışam.
Təranə MURADOVA,
Bakıdakı 287 nömrəli "Zəkalar" liseyinin ibtidai sinif
müəllimi |