Naxçıvan Dövlət Universitetində Azərbaycan hökuməti və
Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata
keçirdiyi "Dövlət İnvestisiyaları üzrə Kadr
Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində
növbəti təlim kursu başlamışdır.
Təlim kursunun məqsədi layihənin uğurla idarə olunması
üzrə beynəlxalq səviyyədə qəbul edilmiş yanaşma və
prosedurları mənimsətməkdir. Ekspert təlimçi Elşən
Rəhimov beş gün davam edəcək təlim kursunda layihənin
idarə edilməsinin əsasları, layihənin məqsədyönlü
hazırlanması, düzgün planlaşdırılması, risk intervalı və
risklərin azaldılması, layihə menecerinin rolu və digər
məsələlərin öyrədiləcəyini bildirdi.
Təlim kursunda müxtəlif dövlət strukturlarında çalışan
mütəxəssislər, eləcə də universitetin müvafiq ixtisaslar
üzrə müəllim və tələbələrindən bir qrupu iştirak edəcək.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim
olunacaq.
Mehriban SULTAN |