Sentyabrın
7-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel
Məhərrəmov Dünya Elm və Mədəniyyət Akademiyasının
prezidenti, İvo Slausu və Akademiyanın İdarə Heyətinin
sədri Garri Ceykobsu qəbul etmişdir.
BDU haqqında qonaqlara məlumat verən rektor,
universitetin üzvü olduğu birlik və assosiasiyalardakı
fəaliyyətindən, bu qurumlarla əməkdaşlıq çərçivəsində
həyata keçirilən birgə qrant və proqramlardan, bu ali
məktəbdə təhsil alan və təhsil almaq istəyində olan
xarici tələbələrdən danışmışdır.
Azərbaycanın klassik universitetində olmaqdan
məmnunluğunu ifadə edən Dünya Elm və Mədəniyyət
Akademiyasının prezidenti İvo Slaus bildirmişdir ki,
təmsil etdiyi qurum 1969-cu ildən fəaliyyət göstərir və
hazırda dünyanın ən nüfuzlu 675 alimin üzv olduğu elm
mərkəzidir.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə
edilmiş və Bakı Dövlət Universiteti ilə Dünya Elm və
Mədəniyyət Akademiyası arasında əlaqələrin yaradılması,
müştərək konfrans və simpoziumların keçirilməsi, birgə
proqram və layihələr üzərində işlənilməsi qərara
alınmışdır.
Sonda qonaqlar BDU-nun Heydər Əliyev muzeyi, tədris,
elmi-tədqiqat laboratoriyaları və mərkəzləri ilə tanış
olmuşlar.
BDU-nun Mətbuat və informasiya şöbəsi |