Oktyabrda Bakıda V beynəlxalq uşaq muğam festivalı
keçiriləcək. Festivala 11 ölkənin -Azərbaycan, Türkiyə,
Əfqanıstan, Misir, İran, Hindistan, İraq, Özbəkistan,
Tacikistan, Qazaxıstan və Türkmənistanın təmsilçiləri
qatılacaq. İran və Əfqanıstan bu yaradıcılıq
müsabiqəsində ilk dəfə iştirak edəcək.
Beynəlxalq Muğam Mərkəzində keçiriləcək tədbirdə 16
yaşınadək ifaçıların çıxışlarını xarici mütəxəssislərin
də təmsil olunduğu münsiflər heyəti dəyərləndirəcək.
Azərbaycan üzrə son seçim turlarının hazırlıq işləri
başa çatmaq üzrədir. Bakı, Sumqayıt şəhərləri və Abşeron
rayonu üzrə təşkil olunacaq bu seçimdən sonra
Azərbaycandan müsabiqəyə qatılacaq heyət
müəyyənləşəcək.
Sifai SƏFƏROVA |