Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun maliyyə dəstəyi ilə aprel-avqust aylarında
Sumqayıt şəhərində həyata keçirilən "Fiziki qüsurlu
uşaqlar və gənclər üçün musiqi dərnəyinin yaradılması"
layihəsi başa çatmışdır. Bildirilmişdir ki, Azərbaycanda
fiziki qüsurlu uşaqlar və gənclər dövlət qayğısı ilə
əhatə olunmuş, onların təhsil almaları üçün hər cür
şərait yaradılmışdır. Qeyd olunmuşdur ki, bəzi
ailələrdə valideynlər övladlarının insanlarla
ünsiyyətini məhdudlaşdırır. Qeyri-hökumət təşkilatları
valideynlərin bu yanaşmasının dəyişməsi istiqamətində
maarifləndirməyə xüsusi önəm vermiş, onların fəal həyat
tərzi keçirmələrinə, istedadlarının üzə çıxmasına
dəstək olmuşdur.
Layihə çərçivəsində valideynlərlə görüşlər keçirilmiş və
fiziki qüsurlu uşaq və gənclər musiqi dərnəyinə cəlb
olunmuşdur. |