Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin
"Pedaqoji kadrların ixtisasartırma təhsilinin
müasirləşdirilməsi" adlı ikinci komponentinin icra
planına uyğun olaraq Qax rayonunda 2013-2014-cü tədris
ilində ümumtəhsil məktəblərinin ibtidai, V-VI
siniflərində dərs deyəcək və təlimlərdən keçməmiş
müəllimlər üçün yeni fənn kurikulumları üzrə təlimlər
başa çatmışdır.
Təhsil nazirinin müvafiq əmrinə əsasən, 14 fənn üzrə
keçirilən təlimlər müəllimlərin yeni fənn
kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik
hazırlığını artırmaq məqsədi daşıyır.
Rayon təhsil şöbəsindən AzərTAc-a bildirmişlər ki, şəhər
2 nömrəli məktəb-liseydə keçirilən təlimlərdə rayonun 56
ümumtəhsil məktəbindən 600 nəfərə yaxın müəllim iştirak
etmişdir. Məşğələləri Qafqaz, Azərbaycan, Odlar Yurdu
universitetlərinin, "İnkişaf" Elmi Mərkəzi və digər
təşkilatların təlimçiləri aparmışlar.
Təlimləri müvəffəqiyyətlə başa vuran müdavimlərə
sertifikatlar verilmişdir. |