Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Sentyabr 2013 - №35

 

Sentyabrın 11-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti bir qrup tələbə ilə görüşmüşdür

 

Görüş zamanı nazir tələbələri təbrik edərək bildirmişdir ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan nazir hazırda bu ənənənin dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd etmişdir.

Nazir Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrin Azərbaycanı layiqincə təmsil edəcəklərinə və qayıtdıqdan sonra yüksək səviyyəli mütəxəssis kimi respublikamızın inkişafı prosesinə fayda verəcəklərinə ümidvar olduğunu bildirmişdir.

Daha sonra Nazirliyin əməkdaşları tərəfindən görüşdə iştirak edən tələbələrə təhsil alacaqları ölkə və ali məktəblərlə bağlı zəruri məlumatlar verilmişdir.

Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş namizədlərdən 231-i barəsində müsbət qərar qəbul olunmuşdur. Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov