Bakı şəhəri və respublikanın regionlarında 144 yeni
məktəb binasının və 13 mövcud məktəbdə əlavə tədris
korpuslarının tikintisi, 115 məktəbdə əsaslı təmir
işləri həyata keçirilməkdədir. 2011-2013-cü illəri əhatə
edən Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramında tikintisi və əsaslı
təmiri nəzərdə tutulmayan, lakin təmir işlərinin
aparılmasına ehtiyacı olan 164 ümumtəhsil müəssisəsində
cari təmir işləri həyata keçirilir.
Təhsil müəssisələrində həyata keçirilən bütün təmir və
tikinti işləri sentyabrın 15-dək başa çatdırılacaqdır. |