Təhsil Nazirliyindən verilən məlumata görə, 2013-2014-cü
dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci
siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir.
Onlardan 74998 nəfəri oğlan, 66168 nəfəri isə qızdır.
Xatırladaq ki, 2012-2013-cü dərs ilində ümumtəhsil
məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135541
nəfər olmuşdur ki, onlardan da 73182-si oğlan, 62359
nəfəri qızdır. |