Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Sentyabr 2013 - №34

 

Xaricdə təhsil alacaq növbəti 58 tələbə ilə görüş keçirilmişdir

 

Avqustun 31-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti 58 tələbə ilə görüşmüşdür.

Görüş zamanı nazir tələbələri təbrik edərək onların Azərbaycanın ən layiqli gəncləri sırasında yer tutduğunu söyləmişdir. Təhsil naziri qeyd etmişdir ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan nazir hazırda bu ənənənin dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirmişdir.

Nazir gənclərə ölkəmizlə daim sıx əlaqə saxlamağı tövsiyə etmiş, bu baxımdan Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) fəaliyyətinin əhəmiyyətli olduğunu söyləmişdir. Dövlət Proqramı üzrə təhsil alan tələbələrin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını nəzərə çatdıran təhsil naziri onların seçdikləri ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərinə ümidvar olduğunu vurğulamışdır.

Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 152 namizəd barəsində müsbət qərar qəbul olunmuşdur. Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov