Uşaq və gənclərin yaradıcılıq potensialının üzə
çıxarılması, inkişaf etdirilməsi və uşaq yaradıcılıq
mərkəzləri arasında təcrübə mübadiləsinin təşkili
məqsədi ilə, "Azərbaycan Respublikası Təhsil Nazirliyi
haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsi
keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin
tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, rayon (şəhər) təhsil
şöbələrinin (idarələrinin) müdirləri, Nazirliyin birbaşa
tabeliyində olan məktəbdənkənar təhsil müəssisələri
müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq
tədbirlər görsünlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi
(A.İbrahimov) müsabiqənin yerlərdə təşkili və
keçirilməsi işlərini əlaqələndirsin.
5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə
bağlı xərclərin ödənilməsi T.İsmayılov adına
Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2013-cü ilə təsdiq
olunmuş xərclər smetasının müvafiq xərc maddələrində
nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada
həyata keçirilsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və əmrin
əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində
yerləşdirilməsini təmin etsin.
7. Ümumi şöbə (E.Əliyev) əmr və əsasnamənin çoxaldılıb
yerlərə göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova
həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
3 sentyabr 2013-cü il |