Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Sentyabr 2013 - №34

 

Təlimatın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 Ümumi təhsil müəssisələrinin yeni təhsil proqramları (kurikulumları) tətbiq olunan siniflərində məktəbdaxili qiymətləndirmənin aparılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)nın təsdiq edilməsi haqqında" 3 iyun 2010-cu il tarixli 103 nömrəli və "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyasının təsdiq edilməsi haqqında" 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarlarının icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. Ümumi təhsil müəssisələrində "Formativ qiymətləndirmə jurnalı"nın istifadəsi dayandırılsın.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti Təlimat" təsdiq edilsin (əlavə olunur).

3. Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsi (İ.Sadıqov) "Müvəqqəti Təlimat"ın icrası ilə bağlı metodik göstərişlərin hazırlanmasını təmin etsin.

4. Ümumi şöbə (E.Əliyev) bu əmrin aidiyyəti üzrə çatdırılmasını təmin etsin.

5. Kənd rayonları üzrə ümumtəhsil şöbəsi (A.Əhmədov) və Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) bu əmrin yerlərdə izahı ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etsinlər.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin əlavə ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
2 sentyabr 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov