Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış
"Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm
və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm,
mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə
Çərçivə Sazişi" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
fərmanın 1-ci hissəsində göstərilən Çərçivə Sazişinin
müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər
görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
həmin Çərçivə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatını
xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust 2013-cü il |