Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Sentyabr 2013 - №34

 

Prezident İlham Əliyev Sabirabad şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılmış şəraitlə tanış olmuşdur

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabada səfəri çərçivəsində rayon mərkəzinin Heydər Əliyev prospektində yerləşən 1200 şagird yerlik M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılan şəraitlə tanış olmuşdur.

Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bu mühüm sahənin dövlət siyasətinin prioritetləri sırasında olmasının bariz göstəricisidir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir. Ötən illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, yeni korpuslar inşa olunmuşdur. Bu dövrdə məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüş, bütün orta təhsil ocaqlarında kompüter sinifləri yaradılmış və İnternetlə təchiz edilmişdir. Dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına Heydər Əliyev Fondu da hərtərəfli dəstəyini əsirgəmir. Həyata keçirilən kompleks proqramlar təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Belə təhsil ocaqlarından biri də M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbdir.

Azərbaycan Prezidenti məktəbin köhnə binasının görüntülərini əks etdirən stendə baxdı.

Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ölkəmizdə təhsilin inkişafı ilə bağlı fəaliyyətini əks etdirən fotoguşələr yaradılmışdır.

Böyütmək üçün şəkili seçinMəktəbdə yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, burada genişmiqyaslı tikinti-abadlıq işləri aparılmış, şagirdlərin keyfiyyətli təhsil almaları üçün lazımi şərait yaradılmışdır. Məktəbin binası 2010-cu ilin mayında Kür və Araz çaylarında baş vermiş təbii fəlakət zamanı qrunt sularının səviyyəsinin qalxması nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Məktəb binasının inşasına 2012-ci ilin mayında başlanılmışdır. Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilən Mirzə Ələkbər Sabirin adını daşıyan məktəbin həyətində ədibin abidəsi ucaldılmışdır. Ümumi sahəsi 9415 kvadratmetr olan 1200 şagird yerlik dördmərtəbəli təhsil ocağı 109 otaqdan ibarətdir ki, bunlardan 68-i sinif otağıdır. Burada iki fizika, iki kimya, iki informatika və bir biologiya kabineti yaradılmışdır. Birinci mərtəbədə müasir idman zalı, direktor və sinif otaqları, ikinci mərtəbədə müəllimlər, sinif otaqları və ümumi sahəsi 140 kvadratmetr olan yeməkxana yerləşir. Üçüncü mərtəbədə 280 nəfərlik iclas zalı, sinif otaqları və müəllimlər otağı vardır. Dördüncü mərtəbədə də müəllimlər otağı, müvafiq sinif otaqları yaradılmışdır. Məktəbin həyətində eni 22, uzunluğu 44 metr olan idman meydançası inşa edilmişdir. Burada müasir idman qurğuları ilə təchiz edilmiş meydançalar da yaradılmışdır.

Prezident İlham Əliyev təhsil ocağında yaradılan şəraitdən razılığını bildirdi, müvafiq tapşırıqlarını verdi.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov