Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 Avqust 2013 - №33

 

"İbtidai  təhsil - yeni baxışlar, təcrübələr və perspektivlər" mövzusunda konfrans

 

Qəbələ şəhərində   Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə  "İbtidai təhsil-yeni baxışlar, təcrübələr və perspektivlər" mövzusunda konfrans keçirilmişdir. Konfransda respublikamızın  müxtəlif məktəblərindən iştirak etmiş  25 ibtidai sinif müəllimi Avstraliya, Türkiyə, Böyük Britaniya və Ukraynadan olan həmkarları ilə təcrübələrini bölüşmüşdür. Dünyanın  28 ölkəsində tətbiq olunan  peşəkarlıq standartları, ibtidai sinif müəllimlərinin peşəkar keyfiyyətləri, Azərbaycanda  yeni  dərslik  siyasəti,  onun  formalaşması  və  həyata  keçirilməsində  orta məktəb  müəlliminin  rolu  və  digər mövzular konfransda müzakirə olunmuşdur. Vurğulanmışdır  ki,  qarşılıqlı  təcrübə  mübadiləsi  onların  hər  biri  üçün  dəyərli  olacaqdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov