2013-2014-cü tədris ilində Rusiyanın ali məktəblərində
27, Çinin ali məktəblərində isə 18 azərbaycanlı tələbə
dövlət xətti ilə təhsil almaq hüququ əldə etmişdir.
Görüşdə tələbələr təbrik olunmuş və onlara təhsildə
uğurlar arzu edilmişdir. Həmin tələbələrin təhsil
alacaqları ölkələrdə Azərbaycanı layiqincə təmsil
edəcəklərinə və vətənə qayıtdıqdan sonra yüksək
səviyyəli mütəxəssis kimi respublikamızın inkişafı
prosesinə töhfə verəcəklərinə əminlik ifadə olunmuşdur.
Daha sonra görüşdə iştirak edən tələbələrə təhsil
alacaqları ölkə və ali məktəblərlə bağlı zəruri
məlumatlar verilmişdir. |