Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 Avqust 2013 - №33

 

Böyük Britaniyanın "The Pıe News" portalında Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramından bəhs edilmişdir

 

Böyük Britaniyanın nüfuzlu "The Pıe News" beynəlxalq təhsil sahəsi üzrə peşəkarlar üçün xəbərlər və biznesin təhlili portalında ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirlər haqqında məqalə dərc edilmişdir http://thepienews.com/news/azerbaijan-scholarships-abroad-to-fill-skills-gaps-at-home/.

Yazıda Dövlət Proqramının məqsədi, məzunların işlə təmin olunması mexanizmi, ölkənin ehtiyacına uyğun prioritet ixtisasların müəyyənləşdirlməsi, əhatə olunan ölkələrin coğrafiyası, indiyə qədər xaricə göndərilmiş tələbələr və digər məsələlərdən söhbət açılır.

Müəllif Azərbaycan hökuməti tərəfindən dəstəklənən Dövlət Proqramı çərçivəsində tələbələrin Avropa, Şimali Amerika, eləcə də təhsil sistemi inkişaf etmiş digər ölkələrdə təhsil almaq üçün təqaüdə layiq görüldüyünü vurğulayır. Qeyd olunur ki, Dövlət Neft Fondu tərəfindən maliyyələşən proqram çərçivəsində ölkənin mühəndislik, informatika, hüquq və ictimai səhiyyə sahəsində mütəxəssislərə olan ehtiyacını təmin etmək üçün tələbələr dünyanın ən yaxşı universitetlərində bu sahələr üzrə təhsilə cəlb edilir.

Proqrama marağın yüksək olmasını önə çəkən müəllif ölkə Prezidentinin təşəbbüsü ilə 2007-ci ildən fəaliyyətə başlamış xaricdə təhsil üzrə Dövlət Proqramının əsas məqsədinin azərbaycanlı tələbələrin ölkənin davamlı inkişafına töhfə verəcək yüksək ixtisaslı milli kadrlar kimi yetişdirilməsindən ibarət olduğunu bildirir. Məqalədə, həmçinin məzunlar qayıtdıqdan sonra onları işlə təmin etmək məqsədilə Təhsil Nazirliyinin planlaşdırdığı tədbirlər işıqlandırılır, işəgötürənlərlə məzunların arasında erkən və intensiv əlaqələrin yaradılmasına yardım etmək üçün atılacaq addımlardan söhbət açılır. Bildirilir ki, ilk növbədə, məzunların işəgötürənlər üçün vacib bilik və bacarıqlara yiyələndiklərinə əmin olmaq lazımdır. Bu da, öz növbəsində, tərəflərin maraqlarının problemsiz üst-üstə düşməsinə səbəb olacaqdır.

Dövlət Proqramı üzrə müəyyənləşdirilmiş prioritet ixtisaslara gəlincə, qeyd olunur ki, xarici dil bilən, əsasən də İKT, beynəlxalq diplomatiya, hüquq, biznesin idarə edilməsi, sosial və siyasi elmlər sahələrində bacarıqlara yiyələnmiş yüksək ixtisaslı kadrlara ehtiyac duyulur.

Proqram çərçivəsində xarici ölkə universitetlərinə göndərilmiş tələbələrin statistikasını nəzərə çatdıran müəllif indiyə qədər Dövlət Proqramı üzrə ümumilikdə 1825 təqaüd verildiyini və 533 nəfərin məzun olduğunu bildirir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov