Azərbaycan Voleybol Mərkəzində keçirilmiş mətbuat
konfransında Avropa Voleybol Konfederasiyasının (CEV)
prezidenti Andre Meyer Azərbaycanda Regional Voleybol
Akademiyası yaradılacağını söyləmişdir. Andre Meyer
vurğulamışdır ki, akademiya Bakıda yaxın gələcəkdə
açılacaq və qonşu ölkələri də əhatə edəcəkdir. Burada
məşqçilərə voleybolun inkişafı üçün seminarlar
keçiriləcəkdir. Bu tip akademiyanın 5 ölkədə fəaliyyət
göstərməsi nəzərdə tutulmuşdur. Bunlar Böyük Britaniya,
İtaliya, Azərbaycan, Şimali və Mərkəzi Avropada
olacaqdır. CEV-in prezidenti Azərbaycanda idmana diqqət
və qayğının göstərildiyini və voleybolun inkişafı
naminə görülən işləri yüksək dəyərləndirmişdir. |