Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil
edilmiş sərgidə rayonun istirahət düşərgələrində
dincələn uşaqların əl işlərindən ibarət yaradıcılıq
nümunələri nümayiş olunmuşdur. "Azərbaycan uşaqların
gözü ilə" adı ilə keçirilən sərgidə təqdim olunan
rəsmlərdə xalqımızın müstəqilliyini qoruyub saxlamaq
əzmi və tarixi yaddaşı müxtəlif çalarlarla təsvir
edilmişdir. Yay istirahət düşərgəsində dincələn və
əsasən Qəbələ, Saatlı, Oğuz və Sabirabad rayonlarından
olan uşaqlara ulu öndər Heydər Əliyevin ictimai-siyasi
fəaliyyəti və milli mədəniyyətin inkişafı sahəsindəki
xidmətləri barədə ətraflı məlumat verilmişdir.
Sonda həvəskar rəssamlar Mərkəzdəki elektron kitabxana
ilə yaxından tanış olmuşlar.
Sifai AĞAMİRZƏQIZI |