Bu günlərdə Masallı rayonunda "Kreativ gənclik-kreativ
gələcək" mövzusunda gənclər forumu keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun dəstəyi ilə həyata keçirilən layihədə
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan
Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin və Bakı Musiqi
Akademiyasının 28 yaradıcı tələbəsi iştirak etmişdir.
Toplantıda layihənin rəhbəri Vüsal Bəkirov çıxış edərək
tədbirin əhəmiyyətindən danışmışdır.
Forumda yaradıcı gənclərin ideyalarının dəstəklənməsi,
gənc rəssamların emalatxanalarla və gənc rejissorların
işlə təmin olunması, yaradıcı gənclərin birgə
fəaliyyətinə dəstək və stimul verəcək təşkilatın
yaradılması, musiqiçilərin beynəlxalq müsabiqələrdə
iştirakı və digər mövzular ətraflı müzakirə edilmişdir.
Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən
forumda yaradıcı gənclər təşkilatı ideyasının
gerçəkləşdirilməsi ilə bağlı təşəbbüs qrupunun
yaradılması qərara alınmışdır.
Tədbir iştirakçıları həmçinin layihə çərçivəsində
müxtəlif intellektual, əyləncəli oyunlarda iştirak
etmiş, Masallı rayonunun mənzərəli yerləri ilə tanış
olmuşlar.
S.KƏRİMOVA |