2013-2014-cü tədris ilində ümumi təhsil və ilk
peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə
müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə
mərhələsi başa çatmışdır.
Müəllimlərin işə qəbulu üzrə imtahanların nəticəsinə
görə, 1597 nəfər müsahibə mərhələsinə buraxılmışdı.
12-16 avqust 2013-cü il tarixlərində keçirilmiş
müsahibənin nəticəsinə əsasən 1245 müəllim işə qəbul
olunmuşdur.
19 avqust 2013-cü il tarixdə saat 10:00-da müəllimlərin
işə qəbulu üzrə imtahanların və müsahibənin nəticələrinə
görə boş qalan vakant yerlərə əlavə yerləşdirmə üçün
ərizə qəbuluna başlanmışdır. Vakant yerlərin seçim
prosesi 21 avqust 2013-cü il tarixdə saat 18:00-da başa
çatdırılmışdır.
Əlavə yerləşdirmədə iştirak etmək üçün keçid balını
toplamış, lakin işə qəbul olunmamış namizədlərə ixtisası
üzrə ən çoxu 4 vakant yer seçmək imkanı verilmişdir.
Əlavə yerləşdirmənin nəticələri haqqında müvafiq məlumat
21 avqust 2013-cü il tarixdə saat 19:00-da dərhal
namizədlərin şəxsi səhifələrinə göndərilmişdir.
Əlavə yerləşdirmə nəticəsində vakant yerləri tutanlar
üçün müsahibə tarixi avqustun 23-nə təyin edilmişdir.
|