Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət
büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat
müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin
sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət
qayğısını artırmaq məqsədi ilə
QƏRARA ALIRAM:
1. Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi
tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan
işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq
vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta
hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 avqust 2013-cü il |