Masallı şəhərindəki "Poliqon" İnternet klubunda kompüter
oyunları üzrə VIII Azərbaycan milli çempionatının zona
seçim turu keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyi və Azərbaycan Kiber İdman
Federasiyasının təşkilatçılığı ilə 14-29 yaşlı gənclər
arasında keçirilən yarışmada Astara, Lənkəran, Lerik,
Masallı, Yardımlı və Cəlilabad rayonlarının komandaları
iştirak etmişlər.
Gənclərin intellektual səviyyəsini, dünyagörüşünü,
İnternet, kompüter texnologiyaları sahəsində biliklərini
artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili
istiqamətində yeni üsullar tətbiq etmək məqsədi ilə
keçirilən yarışda "Counter-Strike" oyunu üzrə Masallı,
"FİFA Soccer 2013" və "Super Street Fighter IV: Arcade
Edition" versiyaları üzrə Astara, "Cross Fire" versiyası
üzrə Cəlilabad rayonunun komandası qalib gələrək avqust
ayının sonunda Bakı şəhərində keçiriləcək final
mərhələsinə vəsiqə qazanmışdır. |