Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 Avqust 2013 - №31

 

Yunanıstanda birinci Yay Olimpiya Məktəbi başa çatmışdır

 

Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının birgə təşkilatçılığı ilə Yunanıstanda məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün təşkil olunmuş birinci Yay Olimpiya Məktəbi başa çatmışdır.

AzərTAc xəbər verir ki, avqustun 12-də Beynəlxalq Olimpiya Akademiyasında yay məktəbinin bağlanış mərasimi keçirilmişdir.

Akademiyanın direktoru Dionissis Gangas və fəxri dekan Konstantinos Georgiadis məktəbin uğurla yekunlaşdığını diqqətə çatdırmışlar. Bildirmişlər ki, seminar zamanı qarşılıqlı fikir mübadiləsi və gərgin müzakirələr aparılmışdır. Azərbaycanlı gənclərin müzakirələrdə fəal olması bizi çox sevindirdi. Azərbaycanda olimpiya dəyərlərinə verilən qiymət və olimpizmin inkişaf etdirilməsi digər ölkələr üçün nümunə hesab oluna bilər.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev seminarın yüksək səviyyədə təşkil edilməsinə görə Beynəlxalq Olimpiya Akademiyasının rəhbərliyinə öz təşəkkürünü bildirmiş və təhsil müəssisəsinin gələcək fəaliyyətinə uğurlar arzulamışdır.

Sonda seminarın fəal iştirakçılarına Beynəlxalq Olimpiya Akademiyasının sertifikatları təqdim olunmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov