Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində
uşaqlar üçün yeni tamaşa - A.Ekzüperinin "Balaca
şahzadə" əsəri təqdim olunacaq. Əsərdə balaca
tamaşaçılara dostluq münasibətlərinin qorunması
fikirləri təlqin olunur. Bu dünyada dost tapmaq
çətindir, tapandan sonra isə onu itirmək yox, qorumaq
lazımdır. Əsərin əsas ideyası da məhz budur.
Tamaşanın quruluşçu rejissoru, xalq artisti Bəxtiyar
Xanızadə, rəssamı Sənubər Səmədovadır. Musiqi
tərtibatını isə teatrın direktoru və aktyoru, əməkdar
artist Elman Rəfiyev vermişdir.
Rollarda çıxış edən aktyorlar Solmaz Bədəlova (Balaca
şahzadə), Səbinə Hacıyeva (Tülkü), Nurlan Rüstəmov
(Təyyarəçi), Səbirə Həsənova (Lovğa qızılgül) və
başqaları balaca dostlarına yaddaqalan bir tamaşa
ərməğan edəcəklər.
Sifai SƏFƏROVA |