ABŞ-ın Mayami ştatında keçirilən cüdo üzrə
yeniyetmələr arasında dünya çempionatının ilk günündə
Azərbaycan cüdoçuları qələbə qazanaraq 1 qızıl və 1
gümüş medala sahib çıxmışlar. Mayamidə dünyanın 91
ölkəsindən 608 yeniyetmə cüdoçu mübarizə aparmışdır.
Əlli kiloqram çəki dərəcəsində N.Qurbanlı bütün
rəqiblərindən güclü olaraq komandamıza ilk qızıl medalı
qazandırmışdır. Qızlar arasında 40 kiloqram çəki
dərəcəsində L.Əliyeva yalnız Yaponiya təmsilçisindən
geri qalaraq ikinci olmuş və gümüş melala layiq
görülmüşdür. Qeyd edək ki, ilk dəfə 2009-cu, daha sonra
2011-ci illərdə keçirilmiş cüdo üzrə yeniyetmələr
arasında dünya çempionatı artıq üçüncü dəfədir ki, baş
tutur. Yeniyetmə cüdoçularımız ilk dəfədir ki,
çempionatda medal qazanmışlar. Sevindirici haldır ki,
artıq iki cüdoçumuz 2014-cü ildə Çində keçiriləcək
yeniyetmələrin Olimpiadasına lisenziya qazanmışdır. |