"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
2013-2014-cü tədris ili üzrə xaricdə təhsil almaq üçün
müraciət etmək istəyən vətəndaşların çoxsaylı
müraciətləri nəzərə alınaraq, elektron ərizələrin
qeydiyyat müddəti 1 gün uzadılmışdır.
Belə ki, Təhsil Nazirliyi elektron ərizələrin qeydiyyatı
üçün son tarixin 16 avqust 2003-cü il tarixinə dəyişmək
barədə qərar qəbul etmişdir.
Avqustun 16-sı saat 23:59-a qədər qeydiyyatdan keçmiş
(http://xaricdetehsil.edu.gov.az/c-proqram-haqqinda/Sened-qebulu-ELAN2013-2014/)
ərizəçilər sənədlərini 16 avqustdan sonrakı 5 iş günü
ərzində Təhsil Nazirliyinə təqdim edə bilərlər. |