Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 Avqust 2013 - №31

 

Təhsil naziri xarici ölkələrin ali məktəblərində təhsil alacaq tələbələrlə görüşmüşdür

 

Avqustun 13-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş 53 tələbə ilə görüşmüşdür.

Görüş zamanı nazir tələbələri təbrik edərək, onların Azərbaycanın ən layiqli gəncləri sırasında yer tutduğunu söyləmişdir. Mikayıl Cabbarov qeyd etmişdir ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan təhsil naziri hazırda bu ənənənin uğurla davam etdirildiyini vurğulamışdır.

Gənclərə Azərbaycanla daim sıx əlaqə saxlamağı tövsiyə edən nazir onların hər birinin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə ümidvar olduğunu bildirmişdir. Təhsil naziri gənclərin seçdikləri ixtisaslar üzrə hərtərəfli biliklərə yiyələnməsinin əhəmiyyətinə toxunmuş, onların yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərinə əminliyini ifadə etmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov