Müsabiqədə iştirak edə bilərlər:
a) Professor vəzifəsini tutmaq üçün - professorlar və
elmlər doktorları.
b) Dosent vəzifəsini tutmaq üçün - professorlar, elmlər
doktorları, dosentlər və elmlər namizədləri (fəlsəfə
doktorları)
c) Baş müəllim vəzifəsini tutmaq üçün ən azı 3 il
elmi-pedaqoji iş stajı olan elmlər namizədləri (fəlsəfə
doktorları) və ya ən azı 5 il elmi-pedaqoji stajı və ya
istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri
olan yüksək ixtisaslı ali təhsilli mütəxəssislər
(magistrlər)
d) Müəllim vəzifəsini tutmaq üçün - elmi-pedaqoji və ya
ixtisası üzrə ən azı 1 il iş stajı olan elmlər
namizədləri (fəlsəfə doktorları), eləcə də ən azı 3 il
elmi-pedaqoji iş stajı və ya istehsalat təcrübəsi, çap
olunmuş elmi-metodik işləri olan ali təhsilli
mütəxəssislər (magistrlər).
Müsabiqədə iştirak etmək istəyən şəxs məktəb rəisinin
adına ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim
etməlidir.
*
Kadrların şəxsi qeydiyyat vərəqəsi
*
Tərcümeyi-hal
*
Ali təhsil, elmi ad və elmi dərəcə haqqında sənədlərin
surəti
*
Dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq
edilmiş siyahısı (müdafiəyə qədər və sonra).
Elan dərc olunduqdan sonra sənədlər 1 ay ərzində məktəb
rəisinin ünvanına göndərilir.
Tədris Azərbaycan dilindədir.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi-18,
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, indeks
AZ-1018
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi |