Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2013 - №30

 

Qafqaz Universiteti yeni fənn kurikulumları üzrə təlimləri aparacaq

 

 Qafqaz Universiteti 2013-2014-cü tədris ilində  ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları ilə 5-ci və 6-cı siniflərdə dərs  deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün kurikulumun tətbiqi ilə bağlı  təlimlər aparacaq.

Bu barədə  avqustun 2-də Baki Avropa Liseyində keçirilən seminarda  Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç məlumat vermişdir. Rektor bildirmişdir ki, rəhbəri olduğu ali təhsil müəssisəsi  Beynəlxalq İnkişaf Assosiasiyasının layihəsi çərçivəsində Təhsil Nazirliyi tərəfindən ümumi orta təhsil  kurikulumu üzrə təlimləri həyata keçirmək üçün elan edilən tenderlərdə qalib gəlib. Tenderin nəticələrinə əsasən universitet Abşeron,  Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında ana dili, coğrafiya,  xarici dil, informatika, texnologiya, təsviri incəsənət və  musiqi fənləri üzrə kurikulum kurslarını aparacaqdır. Bununla da  ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları ilə bağlı prosesə Qafqaz Universiteti də qatılacaqdır. Universitet təlimləri  bu sahədə zəngin təcrübəsi olan "İnkişaf" Elmi Mərkəzi ilə  birlikdə təşkil edəcəkdir.

Həmin gün  professor Ahmet Saniç və universitetin  kurikuluma dair kursların təşkili və aparılmasında iştirak edəcək bir qrup əməkdaşı "İnkişaf" Elmi Mərkəzinin  Bakı Avropa Liseyində   təlimçilər üçün təşkil etdiyi seminarda  iştirak etmişlər. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov