"Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyi
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun dəstəyi ilə "Müsəlləh əsgərəm mən də bu
gündən!" adlı layihə çərçivəsində Quba rayonunda ikinci
təlimi həyata keçirmişdir.
Həqiqi hərbi xidmətə yararlı olan, xüsusən də orta
təhsilini başa vurmuş yeniyetmə və gənclərin
faydalandığı bu layihənin məqsədi həmin gəncləri
psixoloji cəhətdən vətənə xidmət etməyə hazırlamaq,
onların vətənpərvər ruhda tərbiyəsinə dəstək
göstərməkdir.
Bu dəfə Qubada reallaşdırılan təlimdə 30 gənc iştirak
etmişdir.
Sonda təlim keçmiş yeniyetmə və gənclərə diplomlar
təqdim edilməklə yanaşı, "Müsəlləh əsgərəm mən də bu
gündən!" adlı maarifləndirici toplu və bukletlər də
paylanılmışdır.
Samirə HÜSEYNQIZI |