İyulun 31-də təhsil naziri Mikayıl Cabbarov Fransa
Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri cənab Paskal Mönye və Almaniya Federativ
Respublikasının ölkəmizdəki səfirliyinin daimi işlər
müvəkkili cənab Volfqanq Mössinger ilə görüşlər
keçirmişdir.
Hər iki görüş zamanı ölkələr arasında təhsil sahəsində
əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə
fikir mübadiləsi aparılmışdır. Bununla yanaşı,
ikitərəfli görüşlərdə ali məktəblər arasında
əməkdaşlıq, orta və ilk peşə-ixtisas təhsili sahəsində
birgə layihələr, təqaüd proqramları ilə bağlı məsələlər
müzakirə edilmişdir. |