İyulun 29-da Azərbaycan Respublikasının təhsil naziri
Mikayıl Cabbarov vətəndaşların yerlərdə qəbulu
məsələləri ilə bağlı Gəncədə olmuşdur.
Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyevlə görüş keçirilmişdir. Görüşdə
təhsil müəssisələrinin təmiri və maddi-texniki bazasının
gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Həmin gün Gəncə Dövlət Universitetində yerli təhsil
orqanlarının rəhbərlərinin iştirakı ilə regional
müşavirə keçirilmişdir. Tədbirdə Gəncə və Naftalan
şəhərlərinin, Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən,
Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarının təhsil
şöbələrinin müdirləri iştirak etmişlər. Müşavirədə
bölgənin təhsillə bağlı problemləri müzakirə edilmiş,
nazirliyin müvafiq qurumlarının və yerli təhsil
orqanlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.
Gəncə Dövlət Universitetində imtahan sessiyasının
gedişində yol verilmiş neqativ halların qarşısının
alınması üçün vaxtında tədbirlər görmədiyinə görə nazir
tərəfindən universitetin rektoru Yadigar Əliyevə sonuncu
xəbərdarlıqla şiddətli töhmət elan olunmuşdur. |