Gəncə, Naftalan şəhərlərində, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy,
Göygöl, Qazax, Samux, Şəmkir və Tovuz
rayonlarında yaşayan vətəndaşların nəzərinə! |
|
29 iyul 2013-cü il tarixində saat 11:00-da təhsil naziri
Mikayıl Cabbarov Gəncə Dövlət Universitetinin əsas
binasında mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq,
Gəncə, Naftalan şəhərlərində və Ağstafa, Daşkəsən,
Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz
rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin
"Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya
office@edu.gov.az
elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə
bilərlər. |