Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyunl 2013 - №28

 

"Göyərçin" jurnalının yeni nömrələri işıq üzü görmüşdür

 

Kiçikyaşlı uşaqların sevimli jurnalı olan "Göyərçin"in 6-cı, 7-ci və 8-ci nömrələri artıq çapdan çıxmışdır. Jurnalın bu nömrələri öz nəfis tərtibatı, dərc olunmuş yazılarının mövzu və janr rəngarəngliyi ilə seçilir.

Jurnalın 6-cı nömrəsində bir-birindən maraqlı "Tapmacalar ölkəsi", "Qumru yuvası və babanın yeni nəvələri" və s. kimi nağıllar, müxtəlif şeirlər dərc olunmuşdur. 7-ci nömrədə isə əsasən əfqan xalq nağıllarına üstünlük verilmiş və nağıllar rəngarəng rəsmlərlə balaca oxuculara təqdim olunmuşdur. Jurnalın  8-ci nömrəsi də  əvvəlki nömrələr qədər oxunaqlı, diqqətçəkəndir. Burada sevimli şairimiz Rafiq Yusifoğlunun tərcümələri əsasında "Azman və qardaşlar", "Leopard və Antilop" və digər nağıllar işıq üzü görmüşdür. 

İnanırıq ki, jurnalın hər 3 nömrəsi balacaların çox xoşuna gələcəkdir. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov