İyulun 19-da Azərbaycan Kooperasiya Universitetində
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqının və adıçəkilən ali təhsil
ocağının tələbə gənclər təşkilatının birgə həyata
keçirdiyi tələbələrarası siyasi biliklər olimpiadasının
bağlanış və qaliblərin mükafatlandırılması mərasimi
keçirilmişdir.
Bu münasibətlə təşkil olunan tədbirdə Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov
çıxış edərək olimpiadanın əsas məqsədinin tələbələri
siyasətin müxtəlif sahələri üzrə maarifləndirmək,
onların seçdikləri sahənin mütəxəssisi kimi
formalaşmasına dəstək vermək olduğunu qeyd etmişdir.
Məlumat üçün bildirilmişdir ki, iki hissədən ibarət olan
olimpiadada iştirak etmək məqsədilə 500-dən çox gənc
qeydiyyatdan keçmişdir.
Sonra qaliblər mükafatlandırılmışdır.
Olimpiadada I yerə layiq görülmüş Polad Muradlıya, II
yeri tutmuş Ayaz İlyasova və III yerin sahibi Səbuhi
Abbasova diplom və qiymətli hədiyyələr təqdim
olunmuşdur.
Samirə KƏRİMOVA |