Bu yaxınlarda Polşanın Krakov şəhərində
"İnformasiya-kommunikasiya texnologiyalarında ən yaxşı
təcrübə" mövzusunda keçirilmiş təlim kursunda ölkəmizi
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli
Şurasına üzv olan təşkilatların nümayəndələri təmsil
etmişlər.
Avropa Komissiyasının "Gənclər fəaliyyətdə" proqramı
çərçivəsində keçirilən tədbirdə Polşa ilə yanaşı,
Rumıniya, Rusiya, Ukrayna və Portuqaliyanın fəal
gəncləri və gənclər təşkilatlarının nümayəndələri
iştirak etmişlər.
Təlim Avropa İttifaqına tərəfdaş olan Şərqi Avropa və
Qafqaz ölkələrinin gənc liderlərinə informasiya-
kommunikasiya texnologiyalarından səmərəli istifadə
qaydalarını öyrətmək məqsədi daşımışdır.
Təlim iştirakçıları informasiya texnologiyalarının
istifadə imkanları, saytların qurulması və idarə
olunması mövzularında ekspertlərin çıxışlarını dinləmiş
və müzakirələr aparmışlar.
Müzakirələr zamanı ölkəmizi təmsil edən gənclərimiz
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin müvafiq sərəncamı ilə 2013-cü ilin "İnformasiya
-kommunikasiya texnologiyaları ili" elan olunmasını
iştirakçıların diqqətinə çatdırmış və İKT sahəsində
ölkəmizdə görülən işlərdən, həyata keçirilən
tədbirlərdən söz açmışlar.
Azərbaycan gəncləri həmçinin "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramı və Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli Şurasının
fəaliyyəti haqqında da ətraflı məlumat vermişlər.
Samirə KƏRİMOVA |