Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyunl 2013 - №28

 

NDU-nun tələbələri Cənubi Koreyanın Kimçonq Universitetində təhsillərini başa vurmuşlar

 

Naxçıvan Dövlət Universitetində Cənubi Koreyanın Kimçonq Universitetində tələbələrin təhsillərini başa vurmaları münasibətilə tədbir keçirilmişdir. NDU-nun rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxış edərək Cənubi Koreya ilə ölkələrarası siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafında elmin, təhsilin və dilin müstəsna rolundan danışdı. Rektor universitetin Cənubi Koreyanın ali təhsil ocaqları ilə əməkdaşlığının əhəmiyyətindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun və Cənubi Koreyanın Azərbaycandakı səfirliyinin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs etdi. Qeyd olundu ki, Naxçıvan Dövlət Universiteti Cənubi Koreyanın Kimçonq və Busan Kyumqsunq universitetləri ilə hərtərəfli əməkdaşlığa malikdir. Boloniya sisteminin prinsiplərinə uyğun olaraq Cənubi Koreyanın Kimçonq Universiteti ilə tələbə mübadiləsi aparılmışdır.

Koreyanın qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirən KOICA dövlət agentliyi ilə universitetə müasir informasiya texnologiyalarının alınması, elektron idarəetmə sisteminin yaradılması ilə bağlı birgə layihə reallaşdırılması haqqında da məlumat verildi. Qeyd olundu ki, universitetin beynəlxalq münasibətlər və xarici dillər fakültəsində "Koreyaşünaslıq" seçmə fənni tədris olunur. Buradakı Cənubi Koreya Mərkəzi uğurla fəaliyyət göstərir.  Mərkəzdə Koreya dili üzrə hazırlıq kurslarının fəaliyyət göstərməsi isə Koreya dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin öyrənilməsi baxımından böyük önəm daşıyır. Cənubi Koreyada 5 ay müddətində təhsillərini yekunlaşdıran tələbələr də məhz bu kurslarda fəal iştirak etmiş və bir neçə tələbənin arasından seçilərək Kimçonq Universitetinə göndərimişdir. Tələbə mübadiləsi məqsədilə Naxçıvan Dövlət Universitetindən 3 nəfər tələbə - tərcümə, hüquqşünaslıq və stomatologiya ixtisasları üzrə birinci kurs tələbələri Nəsir Neymətli, Əkbər Həsənli və Şahin Tağıyev Cənubi Koreyanın Kimçonq Universitetində 5 ay müddətində təhsillərini başa vurub geri dönmüşlər.

Tədbirdə Əkbər Həsənli və Şahin Tağıyev çıxışlarında Cənubi Koreyada yaxşı qarşılandıqları, ölkəmiz və  Naxçıvan Dövlət Universiteti haqqında onlarda müsbət fikirlərin formalaşdığını, ölkəmizi Cənubi Koreyada layiqli təmsil etdiklərini bildirdilər.

Sonda universitetin rektoru Saleh Məhərrəmov Kimçonq Universitetində təhsillərini müvəffəqiyyətlə başa vurmuş tələbələrə qiymət cədvəlini təqdim etdi.  

Mina QASIMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov