Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyunl 2013 - №28

 

Bakı fransız liseyinin idarəetmə komitəsinin növbəti iclası keçirilmişdir

 

İyulun 23-də Azərbaycan və Fransa arasında imzalanmış dövlətlərarası Sazişə əsasən təsis edilmiş Bakı fransız liseyinin idarəetmə komitəsinin növbəti iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclası liseyin idarəetmə komitəsinin sədri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov açaraq ilk toplantıdan keçən müddətdə görülmüş işlər barədə məlumat vermişdir. O, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlarının iclasda iştirakından məmnunluğunu ifadə etmiş, məktəbin formalaşmasında səfirliyin dəstəyi yüksək qiymətləndirilmişdir.

ARDNŞ-in sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov məktəbin tikinti layihəsi haqqında məlumat vermişdir. Məktəbin təşkili, büdcəsi və ştatı, direktor və müəllimlərin işə qəbulu məsələləri müzakirə olunmuşdur.

Bildirilmişdir ki, əvvəllər Stokholmda  Fransız İnstitutunun direktoru, Praqada Fransa səfirliyinin mədəniyyət müşavirinin müavini, Parisdə "Jan de Beranje" və "Lavuazye" kolleclərinin direktoru, Burkina Fasoda Təhsil və Elm Nazirliyinin müşaviri, orta təhsil layihəsinin meneceri vəzifələrində çalışmış, uzun müddət Mərakeşdə, Qabonda, Kot dTİvuarda müxtəlif məktəblərin məsləhətçi direktoru, layihə meneceri vəzifələrində işləmiş xanım Klod Ronsen Bakı fransız liseyinin direktoru vakansiyası üzrə təqdim olunmuşdur. Eyni zamanda, müxtəlif illərdə Mərkəzi Afrika Respublikası, Madaqaskar, Seneqal, Cibuti, Mavritaniya, Brundi, Konqo Demokratik Respublikasında fəaliyyət göstərmiş Alen Mant və Paris IV Sorbonn Universitetini kommunikasiya üzrə magistr dərəcəsi ilə bitirmiş, 1998-ci ildən pedaqoji işdə çalışan xanım Ənn-Qall Dömyenin liseydə müəllim vəzifələrində işləməsi barədə MLF-Xaricdəki Fransız Məktəblərinin İdarəetmə Departamenti tərəfindən təqdimatların daxil olduğu bildirilmişdir.

Vakansiyaların baxılması idarəetmə komitəsinin növbəti iclaslarına saxlanılmışdır. Daha sonra fransız məktəbində təhsil haqqı məsələləri, liseyə qəbul üçün qeydiyyat prosesi barədə məlumat verilmiş, uşaqların qeydiyyata alınması məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Bildirilmişdir ki, Bakı Fransız Liseyi 2014/2015-ci tədris ilində fəaliyyətə başlayacaqdır. 2013-cü ilin sentyabrında isə liseydə 3 bağça qrupu və I-V siniflər fəaliyyətə başlayacaqdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov