Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 İyul 2013 - №27

 

Sumqayıt gənclərinin "Yay məktəbi" öz işinə başlamışdır

 

Azərbaycan Respublikası Prezidentinin  7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycant gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi məqsədilə 2013-cü il iyulun 14-dən Sumqayıt şəhərində yaşayan və fəaliyyət göstərən yaradıcı, istedadlı və ictimai fəal gənclər, o cümlədən gənc müəllimlər, gənc təbiblər, gənc kimyaçılar və digər təşkilatların nümayəndələri üçün "Vətənimizi gəzək, öyrənək, sevək!" devizi altında "Yay məktəbi" öz işinə başlamışdır.  Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, onların asudə vaxtının səmərəli təşkili, bu qəbildən olan gənclər arasında ünsiyyətin, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin yaradılması məqsədilə keçirilən builki tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qusar rayonunda baş tutmuşdur. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən aldığımız məlumata görə, iyul-avqust ayları ərzində davam edəcək "Yay məktəbi"ndə ümumilikdə 500 nəfər olmaqla şəhərdə mövcud olan müəssisə və idarələrdə, gənclər təşkilatları və qurumlarında çalışan fəal və yaradıcı gənclərin iştirakı planlaşdırılmışdır.

"Yay məktəbi" müstəqil Azərbaycan Respublikasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin ilk dəfə qırx dörd il öncə siyasi hakimiyyətə gəldiyi gündən - iyulun 14-dən Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzindən start götürmüşdür. İştirakçılar Mərkəzlə tanış olduqdan sonra "Yay məktəbi"nin təntənəli açılış mərasimi olmuşdur. Tədbirdə  Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı çıxış edərək  "Yay məktəbi"nin əhəmiyyətini qeyd etmiş, gənclərə uğurlu fəaliyyət arzulamışlar. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Mərasimdə Qusar rayonuna gəldikdən sonra iştirakçılar ümummilli lider Heydər Əliyevin, 1918-ci il mart soyqırımı qurbanlarının xatirəsinə "Qanlı dərə" adlı yerdə ucaldılmış abidələri ehtiramla ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.

"Qanlı dərə" abidəsinin qarşısında Sumqayıt və Qusar gənclərinin iştirak etdiyi mitinqdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev Sumqayıt gənclərini salamlayaraq onların əldə etdikləri uğurların respublikada müsbət əks-səda doğurduğunu qeyd etmişdir.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov şəhər icra hakimiyyəti rəhbərliyinin səmimi salamlarını çatdırmışdır. O, çıxışında gənclərin bu abidəyə ziyarətinin tarixi keçmişin unudulmaması məqsədilə təşkil olunduğunu, baş idarənin təşkilatçılığı ilə son illər yeddi min nəfərə yaxın yeniyetmə və gəncin Quba rayonundakı "Soyqırımı məzarlığı"nı ziyarət etdiyini qeyd etmişdir.

Natiqlər erməni millətçiləri tərəfindən 1918-ci ildə qəzanın 162 kəndinin dağıdıldığını, bunlardan 27-nin əhalisi ilə birlikdə yandırıldığını, 16 min nəfərdən çox azərbaycanlının qətlə yetirildiyini, həmin il mayın 18-də Quba qəzasının Digah kəndinin "Qanlı dərə" adlanan ərazisində Amazaspın quldur dəstələrinin darmadağın edildiyini qeyd etmişlər. Eyni zamanda  çıxışlarda son illər ölkəmizin iqtisadi potensialının daha da güclənməsi nəticəsində mümkün olmuş "Yay məktəbi"nin təşkilinin mühüm əhəmiyyəti nəzərə çatdırılmışdır.

Sonra gənclər Şahdağ Yay Turizm Kompleksinə tanışlıq gəzintisi etmiş, onların şərəfinə "Qaya Bulaq" və "Xidir" ailəvi istirahət mərkəzlərində çay və nahar süfrələri təşkil olunmuş, mənalı istirahətləri (əyləncəli, şən, maraqlı oyunlar və s.) təmin edilmişdir.

İştirakçıların hər birinə xüsusi hazırlanmış köynəklər, papaqlar və s. hədiyyələr, həmçinin "Yay məktəbi"nin proqramı təqdim olunmuşdur. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov