İyulun 17-də təhsil naziri Mikayıl Cabbarov Gürcüstanın
Azərbaycandakı səfiri cənab Teimuraz Şaraşenidzeni qəbul
etmişdir.
Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində
ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri,
o cümlədən Azərbaycanda tədris gürcü dilində aparılan
məktəblərin və Gürcüstanda tədris Azərbaycan dilində
aparılan məktəblərin fəaliyyəti ilə bağlı məsələlər
müzakirə edilmişdir. |