Gənclər üçün Təhsil Mərkəzi Gürcüstanın "Bilikli"
qeyri-hökumət təşkilatı ilə birlikdə uşaq və gənclərin
beynəlxalq yay düşərgəsini təşkil etmişdir.
Gürcüstanın Ureki şəhərində təşkil olunan düşərgədə
ölkəmizi 20-yə yaxın uşaq və gənc təmsil edib. Əsas
məqsədi uşaq və gənclər arasında əməkdaşlıq əlaqələrinin
qurulmasına, sosial təşəbbüslərin formalaşmasına və
həyata keçirilməsinə kömək etmək olan düşərgədə
ekspertlər tərəfindən müxtəlif təqdimatlar edilmiş,
praktiki məşğələlər və sosial tədbirlər təşkil
olunmuşdur. Bundan başqa, uşaq və gənclərimiz
Gürcüstanın Batumi, Kabuletti və bir neçə digər şəhərinə
də səfər etmişlər.
10 gün davam etmiş düşərgədə həmçinin Gənclər üçün
Təhsil Mərkəzinin təqdimatı olmuş və iştirakçıları
maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd edək ki, düşərgənin son günündə Azərbaycan gecəsi
təşkil olunmuşdur.
S.KƏPİMOVA |