20-28
iyun 2013-cü il tarixlərində Serbiyanın Novi Sad
şəhərində şahmat üzrə məktəblilər arasında 6-cı Avropa
çempionatı keçirilmişdir.
"Təhsil" Respublika İdman Mərkəzinin məktəblilərdən
ibarət yığma komandası 274 nəfərin iştirak etdiyi bu
yarışda uğurla çıxış edərək 3 qızıl, 4 gümüş və 1 bürünc
medal qazanmışdır.
"Təhsil" Respublika İdman Mərkəzinin direktor müavini
İbrahim Məmmədovdan aldığımız məlumata görə, 6 yaş
qrupu üzrə keçirilən yarışda Bakı şəhər 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat-Dama Məktəbindən Ümid Aslanov I yer, Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat Məktəbindən Xanım Balacayeva I yer, Naxçıvan
şəhər Uşaq-Gənclər Şahmat Məktəbindən Rauf Murtuzov I
yer, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat Məktəbindən Nərmin Məmmədova II yer,
Bakı şəhər 2 nömrəli Uşaq-Gənclər Şahmat-Dama
Məktəbindən Əhməd Əhmədzadə II yer, Sumqayıt şəhər 1
nömrəli Uşaq-Gənclər Şahmat Məktəbindən Rəvan Əliyev
II yer, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər Şahmat
Məktəbindən Səbinə Rzalı II yer, Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat Məktəbindən isə İlkin Rəhimli III yeri
tutmuşdur. Komanda hesabında Azərbaycanın komandaları
2-ci və 3-cü yerlərə çıxmışdır.
Rəşad ZİYADOV |