2013-cü ilin 1 sentyabrına Şimal paytaxtının bütün
1-4-cü sinif şagirdləri yeni təhsil standartları üzrə
pulsuz dərsliklərlə təmin olunacaq. Bu barədə şəhərin
qubernatoru Georgi Poltavçenko məlumat verib.
Mayın 15-də Sankt-Peterburqun Qanunvericilik məclisi
Marina Şişkinin qubernatora ünvanlanmış dərslik problemi
haqqında sorğusunu təsdiq edib. Parlamentarilər qeyd
ediblər ki, son aylar valideynlərdən bu məzmunda çoxlu
müraciətlər alıblar. Bununla əlaqədar deputat
qubernatordan 2013-2014-cü tədris ilində məktəb
kitabxanalarının yeni nəşrlərlə komplektləşdirilməsinin
təhsil müəssisələrinin tələbatlarına uyğun olub-olmaması
haqqında məlumat verməyi xahiş edib.
Georgi Poltavçenko öz cavabında göstərib ki, hazırda
şəhərin təhsil müəssisələri tədris ədəbiyyatının
alınması üçün müsabiqə prosedurları keçirirlər. Eyni
zamanda bağlanmış müqavilə üzrə dərsliklərin
göndərilməsinə başlanılıb.
2013-cü ildə məktəblilərin tədris ədəbiyyatı ilə
təminatı üçün Sankt-Peterburqun büdcəsindən 166 milyon,
federal büdcədən isə 34 milyon rubl ayrılıb. Təhsil üzrə
komitə Sankt-Peterburqun ümumtəhsil müəssisələrinin
şagirdlərinin pulsuz dərsliklərlə təminatının müntəzəm
monitorinqini keçirir və onun nəticələri bu işin müsbət
dinamikası haqqında danışmağa imkan verir.
"Uçitelskaya qazeta"dan
Hazırladı: Yusif ƏLİYEV |