Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

Uşaqlar üçün standartlar necə olacaq?

 

Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin saytında məktəbəqədər təhsilin federal dövlət təhsil standartlarının layihəsi dərc olunmuşdur. Onun  iyunun əvvəllərində Moskvada təqdimatı keçirilmişdir.

İşçi qrupunun başçısı, Təhsilin İnkişafı Federal İnstitutunun direktoru Aleksandr Asmolov xatırlatmışdır ki, belə sənəd ölkədə ilk dəfə yaradılmışdır: "Biz onu uşaqlığın rəngarəngliyinə dəstək standartları adlandırırıq. Biz sosial-mədəni planda çoxlu riskləri araşdırmış, ictimaiyyətin bu standartlardan nələr gözlədiyini təhlil etmiş və bütün bunları nəzərə almağa çalışmışıq".

Standartların ən unikal aspektlərindən biri ondan ibarətdir ki, burada təhsil proqramı biliklərin alınması kimi deyil, psixoloji-pedaqoji dəstək, uşağın pozitiv  sosiallaşması proqramı kimi müəyyənləşdirilmişdir. Təbii ki, uşaq bağçalarında tərbiyə alanlar üçün heç bir imtahan nəzərdə tutulmamışdır. Burada yalnız uşağın inkişafının monitorinqinə icazə verilir. Lakin bu da özlüyündə qiymətləndirmə üçün deyil, uşaqda yeni qabiliyyətlərin üzə  çıxarılmasında, hər hansı problemi dəf etməkdə pedaqoqa kömək edən üsulların aşkarlanması üçündür. Bu cür tədqiqatlar yalnız uşağın valideynlərinin və ya qanuni nümayəndəsinin razılığı ilə aparıla bilər. Standartlarda habelə məktəbəqədər yaş dövründə uşaqla aparılan işlərin necə olması, ona hansı tələblərin verilməsi, hansı şəraitin bu işin səmərə və keyfiyyətini yüksəltməsi və s. öz əksini tapıb. Sənəddə habelə uşaqlarla işləyənlərə verilən tələblər müəyyənləşdirilib.

"Uçitelskaya qazeta"dan
Hazırladı: Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov